AZ

Sevda məni qadın adı ilə çağırdı Əmisiqızını döydü

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Gədəbəy rayonunda 42 yaşlı kişi əmisi qızına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 27-də rayonun kəndlərindən birində baş verib. 1984-cü il təvəllüdlü Etibar həmin gün saat 18 radələrində əmisi qızı Sevda (adlar şərtidir – red.) mübahisə edib. Mübahisə zamanı o, əmisi qızına xəsarətlər yetirib. İş üzrə ifadə verən Etibar törətdiyi əməli etiraf edib və özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gədəbəy rayonunun kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir:“Zərərçəkmiş Sevda həmkəndlim və əmim qızıdır. İyunun 27-də, saat 18 radələrində oğlum Musa ilə birlikdə qardaşımın evindən çıxdım və evimizə doğru getdiyim vaxt Sevdanın evinin qarşısından keçdim. Bu zaman Sevda məni qadın adı ilə çağırdı, aramızda buna görə sözlə mübahisə yarandı. Sevdaya məni qadın adı ilə çağırmamasını bildirdim. O, məni söyüb, təhqir etdi. Sevdaya söyüş söyməməsini desəm də, o, söyməkdə davam etdi.Əsəbləşərək Sevdaya bir neçə yumruq zərbəsi vurdum. Daha sonra isə yerdən ağac parçası götürərək bir neçə dəfə ağacla vurdum”. Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Etibar aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
demokrat.az

1Mənbələr