AZ

Almaniyada yanacağın bahalaşmasına görə 20 min reys ləğv olundu

525.az saytına istinadən ain.az xəbər verir.

Almaniyanın “Lufthansa” şirkət oktyabr ayına qədər 20 min qısamüddətli uçuşu ləğv edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, reaktiv yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə artması buna səbəb olub.

Şirkətin bəyanatında qeyd olunub ki, “Lufthansa”nın marşrut şəbəkəsi yenidən qurulub və 6 əsas stansiyada uçuşlar optimallaşdırılıb. Uzun məsafəli reyslər üçün sərnişinlər Frankfurt, Münhen, Sürix, Vyana, Brüssel və ya Romadan istifadə etməli olacaqlar.

Bununla da, “Lufthansa”nın əvvəllər Almaniyadan birbaşa uçuşlar həyata keçirdiyi Polşa və Norveç də daxil olmaqla, bəzi ölkələrin 10 şəhərinə səyahət indi yalnız tranzit vasitəsilə mümkün olacaq.

Açıqlamada qərarların dərhal həyata keçirildiyi, ilk gündə 120 uçuşun ləğv edildiyi vurğulanıb. Həmçinin bildirilib ki, mayın sonuna qədər bileti olan bütün sərnişinlər qərarla bağlı məlumatlandırılıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
112
525.az

1Mənbələr