ain.az bildirir, futbolpress-az portalına istinadən.
“Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XXXVI turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib.
24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/20 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib.
Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.