Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Avropa İttifaqının 26 ölkəsi Gürcüstana qarşı sanksiyaları dəstəkləməyə hazırdır.Newscenyter.az TASS-a istinadən bildirir ki, bunu Aİ Xarici İşlər Komitəsinin rəhbəri Kaja Kallas deyib. Kallas eyni zamanda bildirib ki, üzv ölkələrdən biri sanksiya qərarının verilməsini bloklayır."Gürcüstanda müxalifətə və ya azad mediaya qarşı hərəkətlər edənlərə qarşı sanksiyalar tətbiq etməyimizi tələb edəndə 26 ölkə bizi dəstəklədi və yalnız biri buna qarşı çıxdı", - deyə o, Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.Qeyd edək ki, Gürcüstanın AB və ABŞ ilə münasibətləri, Gürcüstan parlamentinin 2024-cü ilin may ayında xarici agentlər haqqında qanun qəbul etməsindən sonra pisləşməyə başladı. 2024-cü ilin sonlarında Gürcüstan qanunverici orqanı LGBT təbliğatını qadağan edən qanun qəbul etdi. Anar
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.