AZ

Günay Qurbanova üçün bürünc medal şansı - YENİLƏNİB

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, qadın güləşçilərimiz bu gün mübarizəyə qoşulub.

59 kq çəki dərəcəsində döşək üzərinə çıxan Günay Qurbanova 1/4 finalda Elena Bruqqerlə (Almaniya) üz-üzə gəlib. İdmançımız rəqibinə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.

O, burada Mariya Vinnikə (Ukrayna) 2:6 hesabı ilə uduzub.

Xatırladaq ki, daha əvvəl 50 kq çəki dərəcəsində mübarizə aparan Elnurə Məmmədova təsnifatda Aqata Valerzaka (Polşa) uduzaraq turnirlə vidalaşıb.

AÇ: Həsrət Cəfərov və Qurban Qurbanov finalda – YENİLƏNİB

Qalmaqal: TÜRK GÜLƏŞÇİYƏ ŞİLLƏ VURDU, DİSKVALİFİKASİYA EDİLDİ - VİDEO

3 hakim ölkəmizi Avropa Çempionatında təmsil edəcək

Antalyada "Çempionlar" turnirində 13 medal

Təmsilçilərimizdən 4 medal

Seçilən
31
4
apasport.az

5Mənbələr