AZ

Məhkəmə oliqarxa 19 il həbs cəzası verdi Nədə ittiham olunub?

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Moldovanın paytaxtı Kişinyovda məhkəmə keçmiş Moldova Demokrat Partiyasının lideri, oliqarx Vladimir Plahotniuc barədə hökm çıxarıb.

“AzPolitika” xəbər verir ki, Məhkəmənin qərarına əsasən, o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Plahotniuc bank saxtakarlığı, cinayətkar qrupun təşkili və çirkli pulların yuyulmasında ittiham olunaraq təqsirli bilinib. Onunla bağlı istintaqın daha üç ayrı cinayət işi üzrə də davam etdiyi bildirilir. Məlumata görə, 2025-ci il sentyabrın 25-də Yunanıstandan ekstradisiya edildikdən sonra Plahotniuc Kişinyovdakı istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, Moldova siyasi həyatında uzun illər təsirli fiqurlardan biri sayılan Plahotniuc əvvəllər ölkənin ən nüfuzlu biznes və siyasi dairələrində yer alıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
50
azpolitika.info

10Mənbələr