
Avropa İttifaqında yaşayan miqrantların sayı 2025-ci ildə rekord həddə - 64 milyona çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Danimarkanın qeyri-kommersiya təşkilatı “Rockwool”un Berlin şöbəsi məlumat yayıb.
Bildirilib ki, hesablamalar Avrostat və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına əsaslanır.
Hesabatda deyilir ki, Aİ-də ittifaqdan kənarda doğulanların sayı rekord saydadır və 2025-ci ildə 64 milyona çatıb.
2010-cu ildə xaricdə doğulmuş Aİ sakinlərinin payı 40 milyon olaraq qiymətləndirilib. Hesabatda qeyd olunur ki, ən böyük artım dörd ölkənin - Almaniya, Fransa, İspaniya və İtaliyanın payına düşür. Almaniyada yaşayan miqrantların sayı son 15 ildə 10,5 milyondan 17,7 milyona yüksəlib ki, bu da təxminən 70% artım deməkdir. Fransa və İspaniyada miqrantların sayı eyni dövrdə 10 milyondan az, yəni müvafiq olaraq təxminən 30% və 50% artıb.