AZ

Bakıda 9-cu sinif şagirdi həbs edildi

Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib.Metbuat.az xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb.

Seçilən
56
8
metbuat.az

9Mənbələr