AZ

Toyda şirniyyatları yeyən uşağı təndirə atdılar


Hindistanın Uttar Pradeş ştatında nənəsi ilə kənd toyuna gedənoğlan uşağı şənliyinonun üçün ağır bitəcəyini gözləmirdi.

Medicina.az xəbər verir ki,11 yaşlı Çaman, rasgullas (şərbətdə xəmir topları) adlanan desertlərə diqqətlə baxırdı. Ləziz şirniyyatdan dözməyib bir neçə dəfə əl uzadıb gizli yeyən uşağaaşpazdəfələrlə xəbərdar etdi.

Amma o, yeməkləri yeməyə davam etdikdə, onu qorxutmaq üçün isti təndirin yanına gətirdi.Uşağın əlini guyaqorxutmaq məqsədilə təndirə uzadanda Çaman tarazlığını itirərək tandoora yıxıldı.

Oğlanın çarəsiz qışqırıqları xaosa səbəb oldu və aşpaz qarışıqlıqdan istifadə edərək qaçdı. Polis hazırda onu axtarır. Uşaq isə xəstəxanada yanıq müalicəsi alır.

Aygün Musayeva


Seçilən
111
1
medicina.az

2Mənbələr