Bakı. Trend:
Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan birdövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edəbiləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük.
Trend xəbərverir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıdakeçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanısəsləndirib.
“Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş ilərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neftsənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu prosesdavam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsiartıq reallıqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.