Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nda dəyişikliklər edib.
Dəyişikliyə əsasən, hazırda qüvvədə olan Bonus-Malus sistemi ləğv edilir, əvəzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq edilir.
Qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0,6 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.
Məsələnin sürücülərə, eləcə də hüquqi şəxslərə daha aydın olması üçün mütəxəsisslərə müraciət etdik. İcbari Sığorta BÜrosunun şöbə müdiri Avtosfer.az-a müsahibəsində bildirdi ki, yeni qərar ölkədəki sığorta sistemində daha ədalətli mühitin yaradılmasına əsaslanır. Qərar həm hüquqi şəxslərə, həm də sürücülərə müsbət təsirləri ilə nəticələnəcək.

“Sığorta tarixçəsi fərdi qaydada formalaşmaqla şəxsin bağladığı müqavilələr və davranışı, yəni hadisə törədib-törətməməsindən asılı olaraq dəyişir. Bunun əsasında da sığorta tarixçəsi əmsalı və sığorta haqları hesablanarkən tətbiq edilir. Burada əsas məqsəd odur ki, mövcud olan Bonus-Malus sistemində əmsallar bu sistemə uyğun olaraq tətbiq edilirdi. Bu da vətəndaşlar tərəfindən sığorta haqlarının hesablanmasında bir sıra çətinliklər yaradırdı. Bonus-Malus sistemində sığorta hadisəsinə görə əlavə sığorta müqaviləsinin tərəfi olan sığortalıya tətbiq edilirdi. Dəyişikliklərə əsasən isə hadisənin olub-olmamasından asılı olaraq, əlavə və güzəştlər məhz sürücüyə tətbiq ediləcək”.
Əziz Quliyev onu da qeyd edib ki, məsələn, əvvəllər hansısa şirkətə məxsus avtomobili idarə edən şəxs əgər qəza törədərsə, baş verən qəza hadisəsi məhz həmin sürücünün sığorta tarixçəsinə əlavə ediləcək, şirkətin yox. Yeni qərar artıq sürücüləri daha az qəza törətməyə və sükan arxasında daha məsuliyyətli olmağa hesablanıb.
Səfər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.