AZ

Günay Qurbanova Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, idmançı yarımfinal mərhələsində Ukrayna təmsilçisi Mariya Vinnik ilə qarşılaşıb və 2:6 hesabı ilə məğlub olub. Bununla da Qurbanova üçüncü yer uğrunda qarşılaşmada çıxış edəcək.

Qeyd edək ki, bu gün yunan-Roma güləşi üzrə iki idmançımız qızıl, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.

Həsrət Cəfərov (67 kq) finalda Türkiyə idmançısı Murat Fırat ilə üz-üzə gələcək. Qurban Qurbanov (82 kq) həlledici qarşılaşmada Adlet Tyulyubaev ilə mübarizə aparacaq.

Nihat Məmmədli (60 kq) isə bürünc medal görüşündə Suner Konunov ilə qarşılaşacaq.

Xatırladaq ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov və İslam Abbasov bürünc medal qazanıblar.

Seçilən
46
2
90deqiqe.az

2Mənbələr