AZ

Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır - Prezident Edqars Rinkeviçs

Bakı. Trend:

Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunmasıən mühüm sərvətdir.

Trend xəbər verir ki, bufikri Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıdakeçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışındasəsləndirib.

O qeyd edib ki, Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq vəİnkişaf Təşkilatının, o cümlədən NATO-nun üzvü kimi LatviyaAzərbaycan ilə həmin təşkilatlar, eləcə də ikitərəfli əməkdaşlıqçərçivəsində işləməyə və dəstək verməyə, iqtisadi əlaqələrintəşviqi üçün bütün bacarıqlarını bölüşməyə hazırdır.

“Biz, həmçinin bir faktı da yüksək dəyərləndiririk ki,Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçünhəm siyasi, həm iqtisadi sahədə və ən vacibi isə, energetikasahəsində strateji tərəfdaşdır”, - deyə Edqars Rinkeviçsvurğulayıb.

Seçilən
56
18
az.trend.az

10Mənbələr