Dövlət satınalmaları sahəsində şəffaflıq və korporativ hesabatlılıq məsələsi hər zaman aktualdır. Xüsusilə də milyonlarla manatlıq büdcə vəsaitlərinin idarə olunduğu tenderlərdə qalib gələn şirkətlərin ictimaiyyətə açıqlığı vacib şərtdir. Lakin görünən odur ki, bəzən şirkətlər bu tələbə əməl etməyə meylli olmurlar. Məsələn “Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ölkənin avtomobil bazarında ən böyük oyunçulardan biridir və dövlət satınalmalarında mütəmadi olaraq iştirak edir. Şirkət əsasən bir neçə aktual markanın rəsmi distribütoru olduğu üçün dövlət qurumlarının avtoparkının yenilənməsi və texniki xidmət tenderlərində tez-tez qalib gəlir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta