AZ

Azərbaycan Kuboku: "Sabah" - "Qarabağ" matçında 3 qol var - YENİLƏNİR

Bu gün Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, “Sabah” – “Qarabağ” duelində ikinci finalçının adına aydınlıq gələcək.

Çempionluq mübarizəsini də davam etdirən komandaların bugünkü görüşündə üstün olan tərəf həlledici oyunda "Zirə"yə rəqib olacaq. 

Masazırda keçiriləcək cavab oyununu Rəvan Həmzəzadə idarə edəcək. 

Xatırladaq ki, tərəflər arasında ilk oyunda qalib müəyyənləşməyib. 

Azərbaycan Kubokunun finalı 13 mayda "Neftçi"yə məxsus “Palms Sports Arena”keçiriləcək. 

Bizon Azərbaycan Kuboku
1/2 final, cavab oyunu
22 aprel

“Sabah” – “Qarabağ” 2:1 (ikinci hissə)

Qol: V.Simiç, 78. P.Mbina, 87. - K.Duran,59.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Kamranbəy Rəhimov, Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Masazır. “Bank Respublika Arena”.

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos

“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 81. Kevin Medina (k) 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 10. Abdullah Zubir 9. Joni Montiel 21. Aleksey Kaşuk 24. Jeremi Qnali

Seçilən
72
24
fanat.az

10Mənbələr