AZ

Balakəndə açıq şahmat turnirinə start verilir

Balakən, 22 aprel, AZƏRTAC

Balakən rayonunun Hənifə bələdiyyəsində açıq şahmat turniri keçiriləcək.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə Balakəndə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər, idman yarışları keçirilir. Bu tədbirlərin davamı olaraq Hənifə bələdiyyəsinin, rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin, Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə açıq şahmat turnirinin keçirilməsinə hazırlıq mərhələsi başa çatıb.

Açıq şahmat turnirinə aprelin 25-də saat 11-00-da Hənifə bələdiyyəsinin inzibati binasında start veriləcək. Yarış təşkilatçılarının verdiyi məlumata görə, ilk dəfə təşkil edilən açıq turnirə böyük maraq var. Çünki burada hər kəsin qeydiyyatdan keçib mübarizəyə qoşulmasına şərait yaradılıb. Açıq turnirin bir neçə yaş qrupunda keçirilməsi planlaşdırılır. Sonda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.

Müxbir - Rasim İslamoğlu

Seçilən
95
1
azertag.az

2Mənbələr