AZ

Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır - Prezident

Hazırda Avropa İttifaqı-nın 10 üzvü Azərbaycandan təbii qaz alır, ümumilikdə isə Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.Bu barədə dövlət başçısı aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı danışıb. 

O, bildirib ki, son illərdə təbii qaza tələbat artıb və son aylarda bu artım daha da sürətlənib, buna görə Azərbaycanın planı qaz istehsalı və ixracını artırmaqdır.

Prezident qeyd edib ki, Azərbaycan ən böyük qaz hasilatçısı və ixracatçısı olmasa da, boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə birinci yerdədir.

Seçilən
7
1
anews.az

2Mənbələr