AZ

Putin idmançılarla görüşdü

Rusiya Prezidenti Vladimir Putin dünya çempionatlarının qaliblərini Kremldə qəbul edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı boksçuları qazandıqları uğurlar münasibətilə təbrik edib, onların Rusiyanın dünya idmanındakı mövqelərinin möhkəmlənməsinə verdiyi töhfəni xüsusi vurğulayıb.

Məlumata görə, Putin görüş zamanı idmançılara dövlət mükafatlarını da təqdim edib.

Rusiya lideri çıxışında atletlərin qarşıda da bayraq və himn altında çoxsaylı qələbələr qazanacağına əminliyini ifadə edib.

Bununla yanaşı, Vladimir Putin Beynəlxalq Olimpiya Komitəsinin əvvəlki rəhbərliyinin davranışını da sərt tənqid edərək, bunu “utancverici və qorxaq davranış” adlandırıb.

 

Musavat.com

Seçilən
86
musavat.com

1Mənbələr