AZ

Həmin qadınların edam hökmü ləğv edildi - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp İranda barəsində edam hökmü verilən səkkiz qadın etirazçı ilə bağlı qərarın dəyişdirildiyini açıqlayıb.

Bu barədə o, “Truth Social” hesabında paylaşıb.

Tramp bildirib ki, əvvəlcə həmin qadınların edam ediləcəyi gözlənilsə də, son anda bu qərar ləğv olunub.

Onun sözlərinə görə, etirazçılardan dördü dərhal azadlığa buraxılacaq, digər dörd nəfərə isə bir ay müddətinə həbs cəzası veriləcək.

ABŞ prezidenti paylaşımında İran rəhbərliyinə müraciətinin nəzərə alındığını vurğulayaraq, edam qərarının dayandırılmasını yüksək qiymətləndirdiyini qeyd edib.

Qeyd edək ki, dünən Donald Tramp ölüm cəzasına məhkum edilmiş 8 iranlı qadının azad olunması üçün rəsmi Tehrana müraciət edib.

İran tərəfi isə həmin qadınların edam cəzasına məhkum edilməsi ilə bağlı iddianı təkzib etmişdi.

"Cebheinfo.az" 

Seçilən
41
3
cebheinfo.az

4Mənbələr