AZ

ABŞ İranın blokadası altında 29 gəmini geri qaytarıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranı hədəf alan dəniz blokadası ilə bağlı son vəziyyətə dair rəsmi məlumat yayıb.

Redaktor.az xəbər verir ki, çərşənbə günü edilən açıqlamada blokada qaydaları çərçivəsində ABŞ qüvvələrinin 29 gəmiyə geri dönmək və ya limana qayıtmaq barədə göstəriş verdiyi bildirilib.

CENTCOM bəzi media orqanlarında bir neçə kommersiya gəmisinin blokadadan yayındığına dair yayılan xəbərləri qəti şəkildə təkzib edib.

“ABŞ qüvvələri İrana qarşı tətbiq edilən blokadanın bir hissəsi olaraq 29 gəmiyə geri dönməyi və ya limana qayıtmağı tapşırıb. Son 24 saat ərzində mediada bir neçə kommersiya gəmisinin blokadadan yayındığı iddia edilir və buna misal olaraq "M/V Hero II", "M/V Hedy" və "M/V Dorena" göstərilir. Bu məlumatlar dəqiq deyil”, – deyə qurumun "X" hesabındakı paylaşımda qeyd olunub.

Açıqlamada adıçəkilən gəmilərin hazırkı statusuna da aydınlıq gətirilib:

“"Hero II" və "Hedy" milyonlarla barel nefti bazara daşıyan bir donanmanın hissəsi olaraq blokadadan keçməyiblər. Əslində, İran bayrağı altında üzən tankerlər bu həftənin əvvəlində ABŞ qüvvələri tərəfindən saxlanıldıqdan sonra İranın Çah Bahar şəhərində lövbər salıblar. "Dorena" isə əvvəllər blokadanı pozmağa cəhd etdikdən sonra Hind okeanında ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi tərəfindən nəzarətə götürülüb”.

Aminə ŞAHSUVARQIZI

Seçilən
94
redaktor.az

1Mənbələr