AZ

İtaliya kuboku: “Latsio” “Atalanta”nı penaltilər seriyasında məğlub edərək finala yüksəlib

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İtaliya kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşmasında “Atalanta” klubu “Latsio”nu qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb (1:1, penaltilərlə - 1:2).

İdman.Biz xəbər verir ki, matçda hesabı 84-cü dəqiqədə Roma təmsilçisinin müdafiəçisi Alessio Romanyoli açıb. Cəmi iki dəqiqə sonra yarımmüdafiəçi Mario Paşaliç tarazlığı bərpa edib. Qalib penaltilər seriyasında müəyyənləşib ki, burada da “Latsio”nun futbolçuları daha dəqiq olublar. Romalıların qapıçısı Edoardo Motta seriya zamanı dörd zərbəni dəf edərək komandasını finala daşıyıb.

Turnirin finalında “Latsio” Milanın “İnter” klubu ilə qarşılaşacaq. Həlledici görüş mayın 13-də keçiriləcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
125
icma.az

1Mənbələr