AZ

İran bəzi Körfəz ölkələrini ABŞ-yə hərbi yardımda ittiham edib

BAKI, 23 aprel. TELEQRAF

İran Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını ABŞ-yə hərbi əməliyyatlarda yardım göstərməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktublarda bildirib.

O qeyd edib ki, ABŞ bu ölkələrin ərazilərindən və hava məkanından istifadə edərək İrana qarşı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması və həyata keçirilməsini davam etdirib.

Məktublarda bildirilir ki, xüsusilə Bəhreyn ərazisi ABŞ tərəfindən bu məqsədlərlə istifadə olunub. Eyni ittihamlar Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı da səsləndirilib.

İran tərəfi Birləşmiş Ərəb Əmirliklərini isə birbaşa əməliyyatlarda iştirakda ittiham edib. İddialara görə, bu ölkəyə məxsus “Miraj”, “F-16” qırıcıları və “Akinci” pilotsuz uçuş aparatı İranın hava məkanını pozaraq Hörmüz boğazı və bəzi adalarda hədəflərə zərbələr endirib.

Tehran sözügedən ölkələri qonşuluq prinsiplərinə əməl etməyə çağırıb və ərazilərinin İrana qarşı istifadəsinə görə məsuliyyət daşıyacaqlarını bildirib.

Seçilən
44
teleqraf.com

1Mənbələr