AZ

Arıqlamaq istəyənlərin səhər menyusunda etdiyi səhv

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Səhər yuxudan oyanan kimi mətbəxə keçib hazırladığınız o "məsum" süfrə əslində sağlamlığınız üçün gizli təhlükəyə çevrilə bilər. Bir çoxumuzun dadlı və yüngül hesab etdiyimiz qidalar mədəaltı vəzini həddindən artıq yükləyərək şəkərli diabetə gedən yolu qısaldır.Demokrat.az xəbər verir ki, endokrinoloqlar səhər yeməyində yol verilən bəzi vərdişlərin qanda şəkərin səviyyəsini qəfil yüksəltdiyi barədə xəbərdarlıq edir. Bu hal orqanizmdə insulinin normadan artıq ifraz olunmasına səbəb olur ki, nəticədə hüceyrələr bu hormona qarşı həssaslığını itirir. Xüsusilə 35 yaşdan yuxarı şəxslər və artıq çəkidən əziyyət çəkənlər üçün bu risk daha realdır.Təhlükəli qidalar siyahısında ilk sıraları tez hazırlanan şirin sıyıqlar, qarğıdalı lopaları, ağ çörək və mürəbbəli tostlar tutur. Bu məhsulların tərkibindəki sürətli karbohidratlar enerji vermək əvəzinə, qan şəkərini "silkələyir". Sağlam hesab etdiyimiz meyvə şirələri və smuzilər də vəziyyəti ağırlaşdırır. Məsələn, bir stəkan portağal şirəsində 25 qramadək şəkər var və lif demək olar ki, yoxdur. Bu da şəkərin birbaşa qana sovrulmasına şərait yaradır.Səhər qəhvəsinə əlavə edilən şəkər və müxtəlif siroplar isə orqanizm üçün ikiqat stress deməkdir. Qəhvənin özü kortizol hormonunun ifrazını stimullaşdırdığı halda, şəkər də bu yükü artırır. Nəticədə insan özünü tox hiss etmir və günorta yeməyində daha çox qida qəbul etməyə meyilli olur. Mağazalarda satılan meyvəli yoqurtlar və kəsmiklər də süfrəmizdəki "şəkər tələsi"dir. Bir qab belə məhsulun tərkibində dörd çay qaşığına qədər şəkər ola bilər ki, bu da tam bir desertə bərabərdir.Həkimlər qeyd edirlər ki, yağlarla şəkərin birləşməsi, məsələn, kremli bulkalar və ya şokoladlı yağlar mədəaltı vəzi üçün ən ağır sınaqdır. Orqanizm eyni anda həm yağı, həm də sürətli karbohidratı emal etməyə çalışarkən maddələr mübadiləsi zəifləyir. Bu isə günün ortasında qəfil yorğunluq hissinə gətirib çıxarır.Faydalı səhər yeməyi zülal, mürəkkəb karbohidrat və az miqdarda sağlam yağlardan ibarət olmalıdır. Yumurta, tam taxıllı sıyıqlar, əlavəsiz kəsmik və tərəvəzlər ən ideal seçimdir. Bu rejim qan şəkərini sabit

saxlayaraq gün boyu enerji balansını qorumağa kömək edir.Yəni, hər gün səhər yeyilən şirin sıyıqlar, ağ çörək və hazır şirələr qanda şəkəri qəfil artıraraq mədəaltı vəzini sıradan çıxarır və gələcəkdə şəkər xəstəliyinə səbəb olur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
117
34
demokrat.az

10Mənbələr