AZ

Vergidən gələn o bildiriş: Vətəndaşlar təşviş içindədir

Son günlər bir çox vətəndaşlara Dövlət Vergi Xidməti adından evlərin kirayə haqqından ödənilən verginin azaldılmasına dair bildirişlər göndərilir.

Publika.az xəbər verir ki, bildirişdə qeyd olunur:

“Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən tutulan vergi dərəcəsi 14%-dən 10%-ə endirilmişdir”.

Bu məzmunlu bildiriş alan vətəndaşlar ev kirayə vermədiklərini, sonrakı mərhələdə hansısa cərimə ilə üzləşəcəklərindən narahat olduqlarını deyirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə bildirişlərin göndərilməsində məqsədin nə olduğu, onların göndərildiyi şəxslərin əhatə dairəsinin necə müəyyən edildiyinə dair sorğu ilə müraciət etdik. Xidmətin İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, bildirişlər maarifləndirmə xarakteri daşıyır: “Məlum olduğu kimi, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə, eləcə də “Sosial sığorta haqqında” Qanuna bir sıra dəyişikliklər edilmişdir.

Seçilən
120
publika.az

1Mənbələr