AZ

Toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olundu (VİDEO)

Bakı.Trend:

Ağsuda toy karvanında sürücülər avtoxuliqanlıq edib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, Ağsu RayonPolis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarınınkeçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edənsürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Onlar idarə etdikləri “Mercedes” və “Tofas” markalıavtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlıolaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçüntəhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosialşəbəkə hesablarında paylaşıblar.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayonməhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutkainzibati qaydada həbs edilib.

Seçilən
65
24
az.trend.az

10Mənbələr