AZ

Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var

Rusiyanın hava hücumundan müdafiə qüvvələri aprelin 23-nə keçən gecə Ukraynaya məxsus 154 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dronlar Rusiyanın 10 regionu üzərində, eləcə də Azov və Qara dəniz akvatoriyalarında vurulub. PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Nijni Novqorod, Rostov, Samara vilayətləri və Rusiyanın işğalı altında olan Krım ərazisi üzərində məhv edilib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, region mərkəzinə edilən hücum nəticəsində iki nəfər yaralanıb.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışev isə qeyd edib ki, Novokuybışevsk şəhərində sənaye müəssisələrinə edilən dron hücumu zamanı bir nəfər həyatını itirib.

Seçilən
72
publika.az

1Mənbələr