AZ

Naxçıvanda 4 min abonentin “smart kart tipli” sayğacı mexaniki sayğacla əvəzlənib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 23 aprel, AZƏRTAC

Naxçıvan Muxtar REspublikasında istismar müddəti bitmiş “smart kart tipli” sayğaclar dəyişdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində keçirilən brifinqdə Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərin sualına cavab olaraq bildirib.

Region rəhbərinin dediyinə görə, Naxçıvan şəhərində hazırda 20 min abonent “smart kart tipli” sayğacdan istifadə edir. ”Ümumilikdə 24 min “smart kart tipli” sayğac mövcud idi. Artıq 4 min abonentin sayğacı mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da dəyişdirilir və abonentlərə yeni kodlar təqdim edilir. Hazırda Naxçıvan şəhərində qaz təminatında problem yoxdur və abonentlərə lazımi səviyyədə xidmət göstərilir. Ötən bir il ərzində Naxçıvan şəhərində 1000 abonent şəbəkəyə qoşulub. Mavi yanacağın verilişində heç bir məhdudiyyət yoxdur. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir”.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
10
azertag.az

10Mənbələr