Bakı. Trend:
Azərbaycanın bir neçə rayonun məktəblərində yuxarı sinifşagirdləri arasında kütləvi yoxlamalara start verilib.
Trend-inməlumatına görə, yoxlamalar əsasən Abşeron, Sumqayıt və ətrafərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə şagirdlərinçantalarını və üzərlərində olan əşyaları yoxlayaraq qadağan olunmuşpredmetlərin olub-olmamasını araşdırırlar. Bu predmetlərəkəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəlivasitələr daxildir.
Son günlər müəllimlər valideynlərə müraciət edərək uşaqlarınməktəbə getməzdən əvvəl çantalarının yoxlanılmasını tövsiyəedirlər. Bildirilir ki, bu tədbirlər məktəblərdə son vaxtlar başverən insidentlərin artması ilə əlaqədardır.
Gözlənilməz yoxlamalar çərçivəsində yetkinlik yaşınaçatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxilolaraq şagirdlər üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalaraşkar edilən şagirdlər əlavə söhbət üçün ayrılır, hadisə ilə bağlıməktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli ortaməktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirttökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhaltəcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardımgöstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb,məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.