AZ

Səudiyyə Ərəbistanından Türkiyəyə uzanacaq dəmir yolu xətti tikiləcək

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının nəqliyyat naziri Saleh əl-Cəssir bildirib ki, Türkiyə, İordaniya və Suriyadan keçən dəmir yolu xətti üçün birgə texniki-iqtisadi əsaslandırma işlərinin ilin sonuna qədər başa çatdırılması gözlənilir.

Hafta.az yazır ki, nazir əl-Cəssirin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə Türkiyəni İordaniya və Suriya vasitəsilə birləşdirəcək dəmir yolu layihəsi üzərində birgə işlər davam edir.

O, dəmir yolu üçün birgə tədqiqatların ilin sonuna qədər başa çatdırılması gözlənildiyini əlavə edib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu İordaniyaya səfəri zamanı Türkiyə, Suriya və İordaniyanı birləşdirən "müasir Hicaz Dəmir Yolu"nun tikintisinin planlaşdırıldığını bildirmişdi.

Uraloğlu həmçinin bildirib ki, üç ölkə arasında tikiləcək dəmir yolu xəttinin gələcəkdə Səudiyyə Ərəbistanı və Omana qədər uzadılması planlaşdırılır.

Uraloğlu bildirib ki, layihə İordaniyadan gələn yüklərin Suriya vasitəsilə Türkiyəyə, oradan isə Avropa və Orta Asiyaya daşınmasını, beləliklə, Qırmızı dənizi Aralıq dənizi və Avropanı birləşdirməsini hədəfləyir.

Seçilən
101
1
hafta.az

2Mənbələr