AZ

Elman Zülfüqarov vəfat edib

Azərbaycan kəşfiyyatçısı, kapitan, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Elxan Zülfüqarovun qardaşı Elman Qaçay oğlu Zülfüqarov 20 aprel 2026-cı il tarixində vəfat etmişdir.

QHT.az bildirir ki, 25 noyabr 1957-ci il təvəllüdlü Elman Zülfüqarov uzun müddət böyrək çatışmazlığından əziyyət çəkmiş, dializ müalicəsi almışdır. O, səhhətində yaranan ağırlaşmalar səbəbindən dünyasını dəyişmişdir. Beyləqan rayonunda yerləşən Cərciş Peyğəmbər ziyarətgahında dəfn olunub.
Mərhumun yas mərasimi 26 aprel 2026-cı il tarixində keçiriləcəkdir.

Ünvan: Hz. Əli Məscidi (Mirzə Məhəmmədxan küçəsi, 6-cı mikrorayon, 3215-ci məhəllə, zal 3 və 4)
Allah rəhmət eləsin, məkanı cənnət olsun

Seçilən
59
qht.az

1Mənbələr