Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan futbolunun acı reallığından biri də futbolçularımızın legioner həyatı yaşamağa meyil etməməsi, yaxud xarici kluba transfer olduqda bunu sona qədər davam etdirə bilməməsidir. Hazırda az sayda həmyerlimiz xarici klublarda çıxış edir. Bunun isə həm psixoloji, həm mental, həm səhv seçim kimi bir çox səbəbləri var.Bəs hazırda legioner həyatı yaşayan futbolçularımız kimlərdir?Bizim.Media xarici klublarda çıxış edən azərbaycanlı futbolçuların siyahısını təqdim edir:Nəriman Axundzadə“Qarabağ”ın sabiq hücumçusu Nəriman Axundzadə bu il MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubuna keçib.
21 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.
Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.Mahir EmreliMahir Emreli hazırda Almaniya ikinci Bundesliqasında mübarizə aparan “Kayzerslautern” klubunda çıxış edir. Azərbaycan millisinin futbolçusu ötən ilin iyununda bu kluba transfer olunub. Hücumçu ilə 3 illik müqavilə imzalanıb.Qeyd edək ki, Mahir Emreli son olaraq Almaniyanın digər klubu “Nürnberq”də çıxış edib.Zamiq ƏliyevAzərbaycan milli komandasının üzvü Zamiq Əliyev hazırda Albaninin “Eqnatiya” klubunda çıxış edir. "Qarabağ"ın yetirməsi olan futbolçunun debütü, 2022-ci il mayın 15-də Azərbaycan Premyer Liqasında “Səbail” ilə oyununda baş tutub.O, 10 iyun 2024-cü ildən Albaniya çempionatında legioner həyatı yaşayır.Renat Dadaşov Azərbaycan millisinin futbolçusu Renat Dadaşov ötən ilin fevralında Polşanın "Radomyak" klubuna keçib. 25 yaşlı hücumçu ilə 2025-ci ilin iyun ayına kimi müqavilə imzalanıb. Futbolçu son olaraq Türkiyə təmsilçisi “Ankaragücü”ndə çıxış edib.Vüsal İsgəndərliAzərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli hazırda Albaniyanın “Partizani” klubunda karyerasını davam etdirir. Futbolçu “Partizani” ilə 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, bundan öncə V.İsgəndərli “Boluspor”, “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Simurq”, “Ankara Keçiörengücü” , “Eqnatiya klublarında çıxış edib.
Onu da qeyd edək ki, bir müddət legioner həyatı yaşayan Coşqun Diniyev, Rahil Məmmədov, Ramil Şeydayev, Rüfət Abdullazadə, Nurlan Novruzov, Turan Manafov, Emil Mustafayev yenidən Azərbaycan Premyer Liqasına qayıdıb.Naibə Məmmədova, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.