AZ

Vətəndaşların nəzərinə: sayğaclarınız belə yoxlanacaq

"Naxçıvan Muxtar Respublikasının qaz təchizatında sayğacların quraşdırılması və dəyişdirilməsi, dövri yoxlamalar, göstəricilərin oxunması, qazın dayandırılması və bərpa edilməsi artıq sahədə mobil tətbiqlər vasitəsilə yerində həyata keçirilir".

"Cebheinfo.az" xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin bu gün Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində keçirilən brifinqdə “Naxçıvan” RQİİ-nin Müştəri xidmətləri şöbəsinin rəisi Qənbər Qənbərov deyib.

Digər mühüm istiqamətlərdən biri isə abonent məlumatlarının toplandığı informasiya sistemində məlumatların dürüstləşdirilməsidir. Yeni yanaşma çərçivəsində sahə əməkdaşları mobil tətbiq vasitəsilə ünvan məlumatlarını ÜRİS ilə inteqrasiya əsasında əldə edərək sistemə daxil edirlər. Bu modul yeni standartlara uyğun ünvan məlumatlarının birbaşa mənbədən götürülərək informasiya sistemində toplanmasını təmin edir. Eyni zamanda abonentlərin əlaqə və identifikasiya məlumatlarının (o cümlədən FİN kodunun) yenilənməsi həyata keçirilir".

"Cebheinfo.az"

Seçilən
47
4
cebheinfo.az

7Mənbələr