Astana. Trend:
Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi kollektiv həllərtələb edən ümumi çağırışdır .
Trend xəbər verirki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrənümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Astanada keçirilən“Regional Ekoloji Sammiti 2026”da (RES 2026) çıxışı zamanıdeyib.
“Azərbaycan 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsindəXəzər dənizində su səviyyəsinin azalması probleminə həsr olunmuşyüksək səviyyəli nazirlər tədbiri təşkil edib. Bu tədbir Xəzəryanıdövlətləri, BMT-nin Ətraf Mühit Proqramını (UNEP), beynəlxalqtəşkilatları və donorları regional əməkdaşlıq və strategiyalarınmüzakirəsi üçün bir araya gətirdi. Bu, məsələnin qlobal müstəviyəçıxarılması baxımından mühüm addım idi. Tədbirin sonunda Xəzəryanıdövlətlərin Bəyannaməsi qəbul olundu və bu sənəd həmin sahədəəməkdaşlığın gücləndirilməsi üzrə ilk kollektiv öhdəlik oldu”, – M.Babayev bildirib.
Onun sözlərinə görə, bu bəyannamə əsasında TehranKonvensiyasının Katibliyi 2026–2036-cı illəri əhatə edən sənəd –qarşıdakı on il üçün əlaqələndirilmiş tədbirlər çərçivəsini nəzərdətutan onillik fəaliyyət planı hazırlayıb.
M.Babayev qeyd edib ki, Azərbaycanın müraciəti əsasında UNEPtərəfindən Xəzər dənizinin səviyyəsinin dəyişməsi və iqlimdəyişikliyi ilə bağlı işçi sənəd də hazırlanaraq COP29-da təqdimolunub.
“Belendə keçirilən COP30 çərçivəsində Azərbaycan bu mövzu üzrəartıq ardıcıl üçüncü nazirlər dialoqunu təşkil edib və onunyekununda da birgə səylərin mühüm davamı kimi növbəti bəyannaməqəbul olunub”, – deyə Babayev əlavə edib.
O bütün tərəfdaşların iştirakının vacibliyini vurğulayıb vəXəzəryanı dövlətləri, eləcə də beynəlxalq təşkilatları sözlərdənpraktiki addımlara keçməyə çağırıb.