AZ

Kür çayı daşaraq Ağcabədidə bəndi uçurub

AĞCABƏDİ, 23 aprel. TELEQRAF

Ağcabədi rayonunda Kür çayında suyun səviyyəsinin artması nəticəsində bənd uçub.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, son günlər yağan aramsız yağışlar Kür çayında bolsululuq yaradıb və çayın daşmasına səbəb olub.

Nəticədə çayın Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın Kürə birləşdiyi ərazidə bənd yarılıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Ərazidə vəziyyət nəzarətdə saxlanılır.

Seçilən
15
teleqraf.com

1Mənbələr