AZ

Altay regionundan olan iş adamları Sumqayıt Sənaye Parkındakı biznes imkanları ilə tanış olub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkında Rusiyanın Altay diyarının “İnşaatçılar İttifaqı”nı təmsil edən iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin İdarə Heyətinin sədr müavini Aqil Əzizov ölkəmizdə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft-qaz sektorununun inkişafı, iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində görülən işlər, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

Sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilən güzəşt və azadolmalar, infrastruktur təminatı qeyd edilib. Həmçinin tərəflər arasında tikinti sahəsində əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi məsələləri ətrafında müzakirələr aparılıb, Altay diyarından olan iş adamları Sumqayıt Sənaye Parkında mövcud biznes imkanlarından yararlanmağa dəvət edilib.

Nümayəndə heyəti Sumqayıt Sənaye Parkının rezidentləri “Sika” MMC və “AzərFloat” QSC-nin fəaliyyəti ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
azertag.az

2Mənbələr