AZ

Bütün mirasını dövlətə bağışladı

ain.az, Olay.az portalına istinadən məlumat verir.

Türk musiqisinin “imperator”u İbrahim Tatlıses 11 aprel tarixindən etibarən xəstəxanada davam edən müalicə prosesini başa çatdırıb.OLAY yazır ki, müğənni xəstəxanadan çıxmazdan əvvəl həkimləri ilə birlikdə kameralar qarşısına keçib. Tatlıses “Öd kisəmi götürdülər. Nə öd kisəsi imiş. Başım boyda bir daş çıxdı. O daşı boynumdan asacağam” deyib.

Xəstəlik dövründə küsülü olduğu övladları Ahmet Tatlıses və Dilan Çıtak Tatlısesin ziyarətləri barədə danışan Tatlıses “Heç kimi çağırmadım” deyərək onları bağışlamadığını bildirib.

Çox danışılan mirası ilə bağlı sənətçi, “Hər şeyi dövlətə bağışladım. Bir qəpik də yoxdur. Bəzilərinin ucbatından digərləri təəssüf ki, zərər gördü. Atam mənə pul qoymayıb, özüm qazanmışam. Paylayaram, kimə nə! Amma mən onlara çox şey qoymuşam, fərqində deyillər. İbrahim Tatlıses deyəndə qapılar açılır. Ondan istifadə etməyi bilmədilər” açıqlamasını verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
olay.az

1Mənbələr