AZ

Laçın kanat yolunun inşası 2026-cı ilin sonunadək tamamlanacaq - VİDEO

Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir.

Layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Seçilən
40
10
apa.az

10Mənbələr