AZ

Pedri “Barselona”nın oyun problemini açıqladı

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Barselona”nın yarımmüdafiəçisi Pedri komandasının “Selta Viqo” üzərində 1:0 hesablı qələbə ilə başa çatan matçda üzə çıxan çatışmazlığı qeyd edib.

İdman.Biz xəbər verir ki, “Barselona”ya üç xalı 40-cı dəqiqədə penaltidən fərqlənən Lamin Yamal qazandırıb. Buna baxmayaraq, Hansi Flikin komandası üçün görüş kifayət qədər çətin alınıb.

“Biz pressinqdə xeyli dərəcədə inkişaf etməliyik. Rəqibə nə vaxt və necə təzyiq göstərməli olduğumuzu daha yaxşı anlamalıyıq. Hesab edirəm ki, bəzən çox qaçırıq və enerjimizi boşuna sərf edirik”, – deyə gənc futbolçu bildirib.

Qeyd edək ki, ispan futbolçu bu qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
icma.az

1Mənbələr