AZ

Ağcabədidə Kür çayı bəndi yarılıb

Ağcabədi. Trend:

Ağcabədi rayonunda Kür çayında suyun səviyyəsinin yüksəlməsinəticəsində mühafizə bəndi yarılıb.

Trend-in yerlimüxbirinin əldə etdiyi məlumata görə, son günlər yağan aramsızyağışlar çayda suyun həcmini artıraraq daşqına səbəb olub.

Belə ki, nəticədə Kür çayının rayonun Nəcəfqulubəyli kəndiərazisindən keçən hissəsində, Qarqarçayın çaya qovuşduğu nöqtədəbənd dağılıb.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.

Hazırda ərazidə vəziyyət nəzarət altındadır.

Xəbər yenilənəcək

Seçilən
62
6
az.trend.az

7Mənbələr