ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın qapıçısı Fabian Buntiç ötən gün Azərbaycan kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçdakı hakim idarəçiliyindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli qolkiper son dəqiqələrdə baş hakim Rəvan Həmzəzadənin ağdamlıların penaltisini vermədiyini bildirib:
“Burda ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi”.
O, matçdan sonar baş verən qalmaqal barədə isə bunları deyuib: “Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.