AZ

Binəli Yıldırım və Həsən Həsənova Türkiyənin Ərdəhan Universitetinin fəxri doktoru diplomları təqdim edilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ankara, 23 aprel, AZƏRTAC

Aprelin 22-də Türkiyənin Ərdəhan şəhərindəki Aşık Şenlik Konqres Mərkəzində Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və Ağsaqqallar Şurasının üzvü Həsən Həsənova Ərdəhan Universitetinin fəxri doktoru diplomlarının təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rəsmi qurumların, beynəlxalq təşkilatların, siyasi partiyaların nümayəndələrinin, diplomatların, alimlərin, bu ali təhsil ocağının müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirin açılışında Ərdəhan Universitetinin rektoru professor Öztürk Emiroğlu çıxış edib.

Rektor Türk dünyasının iki ağsaqqalına fəxri adların verilməsini universitet və bütövlükdə akademik dünya üçün tarixi an adlandırıb. O, B. Yıldırım və H. Həsənovun həyatları, ölkələrinin inkişafına və Türk dünyasında birliyin möhkəmləndirilməsinə verdiyi töhfələr barədə danışıb.

B. Yıldırım çıxışında Türkiyənin və Türk dünyasının son onilliklərdə üzləşdiyi çoxsaylı çətinliyi xatırladıb, bu kontekstdə TDT ölkələri arasında konsolidasiya və birliyin vacibliyini vurğulayıb.

TDT Ağsaqqallar Şurasının sədri rəhbərlik etdiyi təşkilatın missiyasının türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıdığını qeyd edib.

B. Yıldırım 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsini ehtiramla yad edərək, XXI əsrin “Türk dünyasının əsri” olacağına əminliyini ifadə edib.

TDT Ağsaqqallar Şurasının üzvü H. Həsənov Azərbaycanın müstəqilliyinin bərpasının ilk çətin illərini xatırlayıb, Ümummilli Lider Heydər Əliyevin ölkənin xilasında tarixi rolunu vurğulayıb və qardaş Türkiyənin Türk dünyasında dialoqun inkişafına verdiyi töhfəni və dəstəyi qeyd edib.

Tədbir çərçivəsində konsert də təşkil olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
azertag.az

1Mənbələr