Məlumata görə, Ağ ev atəşkəs rejiminin aprelin 26-da başa çatacağını İsrail tərəfinə əvvəlcədən çatdırıb...
Poliqon xəbər verir ki, bu barədə Ynet nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ağ ev İranla atəşkəs rejiminin başa çatacağı tarixlə bağlı qərarını İsrail tərəfinin diqqətinə çatdırıb. Söhbət aprelin 26-dan gedir.
Bildirilir ki, Vaşinqton bu qərarla bağlı İsraili əvvəlcədən xəbərdar edib. Bununla da ABŞ administrasiyası regionda mövcud olan kövrək atəşkəs rejiminin hansı müddətədək qüvvədə qalacağını rəsmi şəkildə müəyyənləşdirmiş olub.
Bundan əvvəl Ağ evin mətbuat katibi Kerolayn Levitt bəyan etmişdi ki, Donald Tramp sərt vaxt çərçivəsi müəyyən etməyib və atəşkəs rejimini qoruyub saxlayır. Onun sözlərinə görə, Tramp “tamamilə darmadağın edilmiş rejimə müəyyən çeviklik göstərərək səxavətli yanaşma nümayiş etdirir”.
Açıqlamalar göstərir ki, ABŞ administrasiyası bir tərəfdən atəşkəs mexanizmini qüvvədə saxlamağa çalışır, digər tərəfdən isə onun davam edəcəyi müddətlə bağlı artıq konkret siqnallar verməyə başlayıb. Bu isə yaxın günlərdə İran-İsrail xəttində vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı sualları daha da aktuallaşdırır.
Poliqon.info