AZ

ABŞ hərbi dəniz qüvvələri nazirinin istefasının səbəbi məlum olub

Bakı, 23 aprel, AZƏRTAC

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefaya göndərilən naziri Con Felanın Pentaqon rəhbəri Pit Heqsetlə münasibətləri gərgin olub.

AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə mənbəyinə istinadla məlumat yayıb.

Portalın həmsöhbətinin sözlərinə görə, Con Felan Birləşmiş Ştatların Prezidenti Donald Trampla yaxşı münasibətdə olduğu üçün Pit Heqset onun ABŞ liderinə birbaşa çıxışından sui-istifadə edərək komandanlıq zəncirini pozduğunu düşünüb.

Eyni zamanda “The New York Times” qəzeti də Con Felanla Pit Heqset arasında qarşıdurma barədə yazıb. Nəşrin məlumatına əsasən, onlar Hərbi Dəniz Qüvvələrində və Dəniz Piyadaları Korpusunda kadr təyinatları ilə bağlı fikir ayrılıqlarına düşüblər.

Con Felan 2025-ci ildə heç bir hərbi təcrübəsi olmadan vəzifəyə təyin olunub. O, Donald Trampın seçki kampaniyası üçün ianə kampaniyasında fəal iştirak edib. Respublikaçılar Partiyasının ən böyük donorlarından biri kimi seçkilərdə Trampı dəstəkləmək üçün 1,8 milyon dollardan çox ianə edib.

Qeyd edək ki, Pentaqon Con Felanın istefaya göndərildiyini aprelin 23-də gecə saatlarında açıqlayıb.

Seçilən
36
2
azertag.az

3Mənbələr