AZ

ABŞ amerikalıları Azərbaycan sərhədi ilə İranı tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti İranın hava məkanının qismən açılmasından sonra Amerika vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət qurumunun rəsmi saytında məlumat dərc olunub.

"21 aprel tarixinə olan vəziyyətə görə, İranın hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşlarına yerli mediaya istinad edərək aktual məlumatları izləmək və İrandan reyslər barədə əlavə məlumat üçün kommersiya daşıyıcıları ilə məsləhətləşmək şərti ilə ölkəni dərhal tərk etmək tövsiyə olunur. İranı tərk etməyə çalışan amerikalılar bunu quru yolu ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan üzərindən də həyata keçirə bilərlər”, – məlumatda bildirilir.

Dövlət Departamenti həmçinin, ABŞ vətəndaşlarına Əfqanıstan, İraq və İranla həmsərhəd Pakistan ərazilərinə səfər etməməyi tövsiyə edib.

Seçilən
60
2
aznews.az

5Mənbələr