AZ

Meksika Prezidenti: Narkokartelə qarşı əməliyyatda ABŞ MKİ-nin iştirakı araşdırılır

Bakı, 23 aprel, AZƏRTAC

Meksika Prezidenti Klaudiya Şeynbaum çərşənbə günü bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agentlərinin federal təsdiq olmadan narkotik laboratoriyasına basqında iştirak etməsi barədə məlumatlardan sonra ölkənin şimalındakı Çivaua ştatına qarşı mümkün tədbirləri nəzərdən keçirir.

AZƏRTAC “PBS News” telekanalına istinadla xəbər verir ki, brifinqdə jurnalistlərə məlumat verən Şeynbaum deyib: “Meksika ərazisində ABŞ-nin heç bir hökumət qurumunun agenti ola bilməz”. O əlavə edib ki, bu cür hərəkətlər mövcud ikitərəfli təhlükəsizlik müqavilələrindən kənara çıxır.

Prezident, həmçinin Meksikanın ABŞ sərhədi yaxınlığında gizli narkotik laboratoriyalarını hədəf alan əməliyyatdan sonra iki ABŞ rəsmisi və iki meksikalı müstəntiqin avtomobil qəzasında həlak olması ilə bağlı hadisənin ardından Vaşinqtona diplomatik nota təqdim etdiyini təsdiqləyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin basqında iştirakı çərşənbə axşamı ABŞ rəsmisi və anonimlik şərti ilə danışan iki nəfər tərəfindən təsdiqlənib.

Şeynbaum Meksika ordusunun əməliyyatda iştirak etdiyini, lakin federal hökumətin ABŞ-nin iştirakı barədə məlumatlandırılmadığını vurğulayıb.

O, həmçinin hadisənin narkotik kartellərinə qarşı daha sərt tədbirlər görülməsini tələb edən ABŞ Prezidenti Donald Trampın yeni siyasətini əks etdirməsi ilə bağlı təklifləri rədd edib və bu cür müdaxiləni “lüzumsuz” adlandırıb.

Şeynbaum ABŞ səfirindən tam məlumat istədiyini və bu məsələ ilə bağlı Çivaua qubernatoru Maria Yugeniya Kampos ilə danışmağı planlaşdırdığını deyib.

Seçilən
18
azertag.az

1Mənbələr