AZ

Bakıda sinif yoldaşlarını ölümlə hədələdiyi deyilən şagirdlə bağlı açıqlama yayıldı

Bakı.Trend:

Bakıda daha bir məktəbdə şagirdin sinif yoldaşlarını ölümləhədələməsi ilə bağlı iddialar yayılıb.

Trend xəbər verirki, iddialara əsasən, Bakı şəhəri 275 nömrəli tam orta məktəbin Vsinif şagirdi hədələdiyi sinif yoldaşlarının siyahısınıhazırlayıb.

Məsələ ilə bağlı məktəbdən bildirilib ki, sözügedən şagird 5 “D”sinfinə yerdəyişmə ilə qəbul olunub, lakin daha sonra əvvəlkitəhsil müəssisəsinə geri qaytarılıb.

“Qeyd edək ki, məktəb psixoloqlarının şagirdlə apardığı işinnəticəsi olaraq, davranışın tənzimlənməsi ilə bağlı fərdimütəxəssis dəstəyi alması barədə valideynə məlumat verilib. Bununlayanaşı, şagirdlə bağlı məktəb psixoloqu tərəfindən zəruridəstəkləyici tədbirlər həyata keçirilib”, – deyə açıqlamada qeydolunub.

Məlumata görə, həmçinin Suraxanı Rayon Polis İdarəsininyetkinlik yaşına çatmayanlarla bağlı profilaktik iş üzrə məsulşəxsləri valideyn və şagirdlərlə profilaktik söhbət aparıblar.

Məqalədə:
Seçilən
44
9
az.trend.az

9Mənbələr