AZ

Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatları ilə bağlı baş vermiş şübhəli olaylar haqda redaksiyamıza mühüm məlumatlar daxil olub.

Publika.az Bakupost.az-a istinadən xəbər verir ki, daxil olan məlumatda bütün qanuni prosedurların formal xarakter daşıdığı, kadrların təyinatında imtahan sisteminin saxtalaşdırıldığı, əslində isə bunun gözdən pərdə asmaq üçün istifadə edildiyi, istədikləri təyinatı qanundankənar həyata keçirdikləri bildirilir.

Məsələn, 7 fevral 2022-ci ildə “dövlət qulluğuna qəbul üçün daxili müsahibə” keçirilməsi barədə elan verilir. Namizədlər qeydə alınır və mart ayında müsabiqələr başlayır.

Vakant yerlərdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsi ilə bağlıdır. Bu şöbənin yaradılması da olduqca maraqlıdır: Hüquq şöbəsi ləğv edilir, şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, 20 ilə yaxın bu şöbədə çalışan Teymur Şəkərəliyev işdən uzaqlaşdırılır. 47 yaşında olan T.Şəkərəliyevə heç bir yerdəyişmə təklif edilmir, sadəcə, şöbəsi ləğv edilir və nazirlikdən tamamilə uzaqlaşdırılır.

Ardınca isə Hüquq və insan resursları şöbəsi yaradılır və Teymur Şəkərəliyevin bundan öncə katibəsi işləmiş Aynurə Kərimova müdirliyə namizəd olur.

Seçilən
87
3
publika.az

8Mənbələr