AZ

İran Xəzər dənizindəki hücumları region təhlükəsizliyinə təhdid saydı

ain.az, Redaktor.az saytına istinadən bildirir.

İran səfiri Xəzər bölgəsindəki hücumları sülh və əməkdaşlığa təhlükə adlandırıb

Redaktor.az xəbər verir ki, İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar Xəzər dənizi regionunda baş verən hadisələrlə bağlı açıqlama verib.

Bildirilib ki, səfir Astanada keçirilən Regional Ətraf Mühit Zirvəsi çərçivəsində Xəzər məsələlərinə dair tematik sessiyada çıxış edib. O qeyd edib ki, ABŞ və İsrailin “təcavüzü” nəticəsində Xəzər dənizi sahilində yerləşən İranın Bəndər Ənzəli limanı və digər liman infrastrukturu hücumlara məruz qalıb.

Cövkarın sözlərinə görə, bu hücumlar regionda sülh və sabitliyə təhlükə yaradır, həmçinin ciddi ekoloji və humanitar nəticələr doğurur və Xəzəryanı ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığına zərbə vurur.

Səfir İranın bu hücumları qətiyyətlə pislədiyini bildirib və digər Xəzəryanı dövlətləri də “bu addımları” qınamağa çağırıb.

Qeyd olunub ki, İran tərəfi hücumların əsassız olduğunu iddia edir və regionda təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayır.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
redaktor.az

2Mənbələr