2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqası ilə vidalaşacaq ikinci komanda müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, 34-cü turda “Mançester Siti”yə 0:1 hesabı ilə uduzan “Bernli”nin aşağı liqaya düşməsi rəsmiləşib. Komanda 34 turdan sonra cəmi 13 xalla 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl “Vulverhempton”un da liqanı tərk edəcəyi dəqiqləşmişdi.