Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Keçirilmiş KDMN tədbirləri çərçivəsində maliyyə hesabatlarının konsolidasiyası zamanı qurumlar tərəfindən bir sıra ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.
Gununsesi.info-nun xəbərinə görə, aparılan araşdırmalar göstərir ki, bəzi hallarda qurumun tabeliyində olan müəssisələr illik maliyyə hesabatlarını baş təşkilata təqdim etməyib və ya bu hesabatlar ümumiyyətlə tələb olunmayıb. Nəticədə həmin müəssisələrin maliyyə göstəriciləri konsolidə olunmuş hesabatlarda əksini tapmayıb.
Bundan əlavə, konsolidasiya prosesi zamanı qarşılıqlı əməliyyatların uçotunun aparılmaması və ya düzgün aparılmaması halları qeydə alınıb. Eyni zamanda bəzi tabeli qurumlarda mühasibat uçotunun avtomatlaşdırıldığı halda, digərlərində hələ də proqram təminatına keçidin baş tutmaması səbəbindən konsolidasiya prosesinin tam elektronlaşdırılması təmin edilməyib.
Digər mühüm problem isə tabeli subyektlərin konsolidasiya məqsədləri üçün tələb olunan hesabatları vaxtında və vahid uçot siyasətinə uyğun formada təqdim etməməsi ilə bağlı olub. Bu isə bəzi hallarda konsolidə olunmuş maliyyə hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətdən gec hazırlanmasına səbəb olub.
Həmçinin KDMN tədbirləri zamanı maliyyə elementləri üzrə aşkarlanmış təhriflər ümumiləşdirilərək iki istiqamətdə qruplaşdırılıb. Əhəmiyyətli təhriflər qrupuna isə maliyyə hesabatlarında məlumatların ümumiyyətlə əks etdirilməməsi kimi ciddi pozuntular aid edilib.
Mütəxəssislər qeyd edir ki, bu kimi nöqsanlar maliyyə hesabatlarının etibarlılığını azaldır, idarəetmə qərarlarının düzgün verilməsinə mənfi təsir göstərir və ümumilikdə maliyyə intizamını zəiflədir.
Maqsud
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.